06.10.2021
Salyan rayon Mədəniyyət Mərkəzində 1 saylı şəhər klubunun metodisti, xanəndə Rəşad Aydınoğlunun ifasında «Xudayar təsnifi»nə çəkilən klipin təqdimatı olub. Çıxış edənlər gənc xanəndə Rəşad Aydınoğluna bundan sonrakı yaradıcılığında uğurlar arzu edib. Sonra onun ifasında «Xudayar təsnifi»nə çəkilən klip nümayiş etdirilib. Qeyd edək ki, klipin rejissoru Kürçaylı Məmmədov, səs rejissoru Natiq Məmmədov, operatorları Romal Ağayev və Əliqulu Qasımovdur.